FHN: Ötən həftə 179 yanğına çıxış və bir sıra qəza-xilasetmə əməliyyatı aparılıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan zənglər əsasında ötən həftə 179 yanğına çıxış, 24 köməksiz vəziyyətdə qalma və 4 yol qəzası üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib, 9 nəfərin meyiti təhvil verilib.
"Stabil.az" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 27 nəfər xilas edilib, 9 nəfərin meyiti təhvil verilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




