FHN: Ötən həftə 172 yanğın hadisəsi baş verib, 30 nəfər təxliyə olunub, 9 meyit aşkarlanıb
20 Aprel 2026 10:54   Paylaş

Fövqəladə Hallar Nazirliyinin hesabatına görə, ötən həftə 172 yanğın hadisəsi qeydə alınıb, 30 nəfər təxliyə edilib və 9 meyit tapılıb.

"Stabil.az" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 172 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 49 nəfər xilas edilib, 3-ü azyaşlı olmaqla 30 nəfər təxliyə olunub, 9 nəfərin meyiti təhvil verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol