FHN əməkdaşı Cənubi Amerikanın ən yüksək zirvəsini fəth edib
26 Yanvar 2026 14:34   Paylaş

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə yanvarın 19-da Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya (6962 metr) texniki dırmanış edib.

"Stabil.az" bu barədə FHN-ə istinadən məlumat verib.

Bildirilib ki, S.Səfərova qarşıya qoyulan hədəfə uğurla nail olaraq Akonkaqua zirvəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını və Fövqəladə Hallar Nazirliyinin bayrağını dalğalandırıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol