Fevralın 11-i üçün hava proqnozu açıqlanıb
10 Fevral 2026 14:11   Paylaş

Milli Hidrometeorologiya Xidməti fevralın 11-i üçün hava proqnozunu açıqlayıb.

"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacaq, gecə və səhər bəzi yerlərdə sulu qar və qar yağması gözlənilir. Gündüz şimal-şərq küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda gecə 1° şaxtadan 2°-dək isti, gündüz isə 2-5° olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm-ə düşəcək, nisbi rütubət 70-80 % səviyyəsində olacaq. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə isə intensiv olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə isə duman müşahidə olunacaq. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° olacaq. Dağlıq ərazilərdə gecə 5-10° şaxta, yüksək dağlıq yerlərdə isə 10-15° şaxta, gündüz isə 0-5° şaxta proqnozlaşdırılır. Bəzi yolların buz bağlaması ehtimalı qalır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol