Ferran Torres PSJ-yə keçir
11 İyul 2026 12:24   11 Jul 2026 14:20 Paylaş

Fransanın PSJ klubu İspaniyanın “Barselona” komandasının hücumçusu Ferran Torresi transfer etməyə yaxındır.

"Stabil.az" xəbər verir ki, bu barədə Sky Sports nəşri məlumat yayıb.

Məlumata görə, Paris təmsilçisi ilə 26 yaşlı ispan futbolçu arasında transferlə bağlı ilkin razılıq əldə olunub.

Bildirilib ki, “Barselona” əvvəlcə Ferran Torreslə müqaviləni uzatmağı planlaşdırırdı. Onun Kataloniya klubu ilə hazırkı sözləşmə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Lakin “Barselona”nın Dortmund “Borussiya”sından Kərim Adeyemini heyətinə qatmasından sonra Torreslə yeni müqavilənin imzalanması çətinləşib.

Qeyd edək ki, Ferran Torres 2022-ci ildən “Barselona”da çıxış edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol