"Fars": Husilər Bab əl-Məndəb boğazını bağlamaqla hədələyiblər
Husilər Bab əl-Məndəb boğazını bağlamaq və neftin qiymətini bir barel üçün 200 dollara yüksəltməklə hədələyiblər.
"Stabil.az"ın xəbərinə görə, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
Hərəkatın Siyasi Bürosunun üzvü Məhəmməd əl-Fərx ölkənin boğazı bağlamaq niyyətində olduğunu açıq şəkildə bildirib.
O qeyd edib ki, Bab əl-Məndəb Hörmüz boğazı ilə bir olacaq və neftin qiyməti 200 dollara çatacaq.
Daha əvvəl İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı bildirib ki, Tehran ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





