FAO və Macarıstan hökuməti Azərbaycan gəncləri üçün təqaüd imkanı yaradır
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Macarıstan hökumətinin aqrar təqaüd proqramına müraciətlər başlayıb. İnkişaf etməkdə olan və orta gəlirli ölkələrdən olan perspektivli tələbələrə kənd təsərrüfatı biotexnologiyası, heyvan qidalanması, yem təhlükəsizliyi və bitki mühafizəsi sahələrində ikiillik magistr proqramları təklif olunur.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Macarıstan hökumətinin maliyyələşdirdiyi bu proqram artıq 20 ildən çoxdur ki, Azərbaycan da daxil olmaqla bir sıra inkişaf etməkdə olan ölkələrdən olan gənclərə biliklərini artırmaq imkanı verir. Seçilmiş tələbələr Macarıstanda Gödöllö və Kapoşvar kampuslarında, həmçinin Debretsen Universitetində təhsil ala biləcəklər.
Təqaüd universitetə qəbul, təhsil haqları, əsas dərsliklər, yataqxana və gündəlik xərclər, həmçinin tibbi sığortanı əhatə edir.
Payız semestri üçün müraciətlərin son tarixi 28 fevral 2026-cı ildir.
FAO-Macarıstan proqramı fəaliyyətə başladığı gündən bəri təxminən 400 gənc mütəxəssis yetişdirib. Onlar əldə etdikləri bilik və dərəcələr sayəsində iş tapmaqda və kənd təsərrüfatı sahəsində karyera qurmaqda yardım alır, həmçinin beynəlxalq alim və professor şəbəkəsinin bir hissəsinə çevrilirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





