“Euronews” Azərbaycan Prezidentinin Almaniya səfərindən yazıb
22 İyul 2026 09:09   Paylaş

Azərbaycan və Almaniya enerji, nəqliyyat və ticarəti əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıb, Kansler Fridrix Merts isə Azərbaycanın artan qaz tədarükünü alqışlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "Euronews"un Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına (AFR) rəsmi səfəri ilə bağlı hazırladığı yazıda bildirilib.

Qeyd olunub ki, tərəflər strateji tərəfdaşlıq haqqında birgə bəyannamə, enerji, nəqliyyat, infrastruktur, ticarət, investisiya, həmçinin elm və texnologiyanı əhatə edən bir sıra sazişlər imzalayıblar. "Bununla da Almaniya İtaliyadan sonra Azərbaycanla eyni sazişi imzalayan ikinci Avropa ölkəsi olub", - məqalədə bildirilib və əlavə edilib ki, Almaniya Bakının ən yeni qaz müştərilərindən birinə çevrilib.

Yazıda Cənub Qaz Dəhlizinin əhəmiyyəti də qabardılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol