ETSN əməkdaşları peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramı günü ilə əlaqədar nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Stabil.az" bu barədə ETSN-ə istinadən məlumat verib.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra Hərbi Memorial Məzarlıqda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Eyni zamanda, nazirliyin rəsmilərinin və əməkdaşlarının iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında keçirilən tədbirdə ətraf mühitin mühafizəsi sahəsində fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim olunub.



Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





