Estoniya və Latviyada hava hücumu ilə bağlı xəbərdarlıq edilib
3 İyun 2026 15:30   Paylaş

Estoniya və Latviyada hava məkanında pilotsuz uçuş aparatlarının aşkarlanması səbəbindən hava hücumu xəbərdarlığı elan edilib.

"Stabil.az" xəbər verir ki, Estoniyanın İctimai Yayım Korporasiyasının məlumatına görə, ölkənin şərq və cənub bölgələrində yaşayan sakinlərə ehtiyatlı olmaları tapşırılıb. Buna baxmayaraq, Tallin hava limanı fəaliyyətini normal qaydada davam etdirir və uçuşlar cədvələ uyğun həyata keçirilir.

Latviyanın Silahlı Qüvvələri Aluksne rayonunda mümkün hava təhdidi ilə əlaqədar xəbərdarlıq yayıb. Yerli medianın məlumatına görə, NATO-nun Baltik dənizindəki missiyasına aid qırıcı təyyarələr havaya qaldırılıb.

Hazırda həm Estoniyada, həm də Latviyada elan olunmuş hava hücumu xəbərdarlıqları ləğv edilib. Hadisə ilə bağlı araşdırmalar başlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol