Estoniya İrəvanda səfirlik açıb
İrəvanda Estoniya səfirliyi fəaliyyətinə başlayıb.
"Stabil.az" Estoniya XİN-in "X" hesabındakı paylaşımına istinadən bu barədə xəbər verir.
"Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın İrəvanda Estoniya səfirliyini açması iki ölkə arasında münasibətlərdə etibarın, sadiqliyin və yeni səhifənin simvoluna çevrilib", - məlumatda bildirilib.
Daha əvvəl Estoniya XİN başçısı ölkəsinin 2026-cı ildə Azərbaycan da daxil olmaqla beş ölkədə səfirlik açmağı planlaşdırdığını bəyan etmişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





