Ermənistanda zəncirvari qəza: 15 avtomobil toqquşub
Ermənistanda İrəvan–Gümrü avtomobil yolunda 15 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Stabil.az" “Armenpress”ə istinadən xəbər verir ki, qəza magistralın 51–55-ci kilometrlik hissəsində qeydə alınıb.
Məlumata görə, xilasedicilər hadisə yerinə çatmamış iki nəfər xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Eyni zamanda, xilasedicilər xüsusi avadanlıqların köməyi ilə “Ford” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfəri çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisənin səbəbləri araşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





