Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola çıxıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqonlu qatar yola çıxıb.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, 5 vaqondan ibarət ümumi çəkisi 349 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində ümumilikdə 23,5 min ton taxıl, 1000 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu çatdırılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




