Ermənistan Rusiya ilə birgə dəmir yollarının bərpasını nəzərdən keçirir
3 Fevral 2026 14:32   Paylaş

Ermənistan Rusiya ilə birgə Türkiyə və Azərbaycana gedən dəmir yollarını bərpa etməyi planlaşdırır

"Stabil.az"ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, ərazi idarəçiliyi və infrastruktur naziri Davit Xudatyan mətbuat konfransında bildirib ki, Ermənistan İcevan və Axurik istiqamətlərindəki dəmir yollarının bərpası ilə bağlı Rusiya ilə danışıqları davam etdirir.

Nazir vurğulayıb ki, bərpa işləri Rusiya tərəfinin birbaşa iştirakı ilə birgə həyata keçiriləcək. “Bizim anlayışımız budur ki, qeyd olunan ərazilərdə aparılacaq işlərdə Rusiya tərəfi fəal iştirak edəcək”, — Xudatyan deyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol