Ermənistan Çinlə beynəlxalq sərnişin və yük daşımaları barədə saziş imzalayıb
22 Sentyabr 2026 19:35   Paylaş

Ermənistan və Çin avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən beynəlxalq sərnişin və yük daşımaları üzrə sazişə imza atıblar.

"Stabil.az" bu barədə "Armenpress"ə istinadən xəbər verir.

Saziş iki ölkə arasında beynəlxalq avtomobil daşımalarını tənzimləyir ki, bu da xarici ticarət əlaqələrinin inkişafına kömək edəcək.

Sazişi Ermənistan tərəfdən ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan imzalayıb.

O qeyd edib ki, bu saziş iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığının dərinləşdirilməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan daha bir mühüm addımdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol