Ərəb Parlamentinin nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib.
"Stabil.az" bu barədə Milli Məclisə istinadən məlumat verib.
Bildirilib ki, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyaraq tər çiçəklər düzüb.
Qonaqlar daha sonra Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyublar. Onlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi və şəhidlərin xatirəsinin yaşadılması məqsədilə yaradılmış park haqqında ətraflı məlumat verilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





