Ərdoğan: Suriyanın şimalında terrorun tam aradan qaldırılması əsas məqsəddir
24 Yanvar 2026 16:38   Paylaş

İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal sistemin sarsıldığını bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bu yanaşma artıq Qərb dünyasında da getdikcə daha geniş qəbul olunur.

"Stabil.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Ərdoğan bu fikirləri çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, Türkiyənin Suriya siyasətinə uzun illər yönələn sərt tənqidlərə baxmayaraq, bu siyasətin nəticələri artıq aydın görünür. Ərdoğanın sözlərinə görə, hazırda Suriyada rejim devrilib, Türkiyəyə yaxın yeni hökumət formalaşıb, təhlükəsizlik və sabitlik möhkəmlənməkdədir.

Prezident bildirib ki, terror təşkilatlarına qarşı mübarizə daha qətiyyətli şəkildə davam etdirilir və xüsusilə Suriyanın şimalında terrorun tamamilə aradan qaldırılması əsas hədəf kimi müəyyən olunub.

Ərdoğan əlavə edib ki, Türkiyə həm daxili, həm də xarici siyasətdə atdığı addımların nəticəsini görür və tarixin doğru tərəfində dayandığını bir daha təsdiqləyir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol