Ərdoğan Ankarada BMT-nin Baş katibini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 12-də Ankarada BMT-nin Baş katibi Antonio Quterreşi qəbul edib.
"Stabil.az" xəbər verir ki, Prezident kompleksində keçirilən danışıqlar mətbuat üçün qapalı rejimdə baş tutub.
Yaxın saatlarda Ankaranın Beştəpə mərkəzində A.Quterreşə Atatürk adına Beynəlxalq Sülh Mükafatının təqdim edilməsi mərasimi keçiriləcək.
Mükafatı BMT rəhbərinə Türkiyə Prezidenti təqdim edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




