Əraqçi: Türkiyəyə raket atılması iddiaları əsassızdır
İran rəsmisi Abbas Əraqçi Hakan Fidanla telefon danışığında Türkiyəyə ballistik raket atılması ilə bağlı iddiaların əsassız olduğunu bildirib.
"Stabil.az" “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında deyib.
Əraqçi qeyd edib ki, İran qonşuluq prinsiplərinə riayət etməyə, Türkiyənin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərməyə sadiqdir və mümkün iddiaların araşdırılması üçün birgə texniki əməkdaşlığa hazırdır.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İrandan ölkəyə atılan növbəti raket ötən gün zərərsizləşdirilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





