Əraqçi: Nüvə siyasətində dəyişiklik yalnız yeni ali rəhbərin qərarından asılıdır
18 Mart 2026 12:43   Paylaş

İranın nüvə doktrinasının əsaslı dəyişməsi ehtimalı azdır, lakin Müctəba Xameneinin mövqeyini gözləmək lazımdır.

"Stabil.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, nüvə silahının qadağan edilməsinə dair fətva ABŞ və İsrailin zərbələri nəticəsində həlak olmuş ali rəhbər Əli Xamenei tərəfindən verilmişdi.

"İranın nüvə doktrinası həmişə sülh xarakterli olub və biz həmişə nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququmuzu həyata keçirməyə çalışmışıq və buna davam edirik. Bildiyiniz kimi, fətva onu kimin verməsindən asılıdır. Mən başa düşdüyüm qədərilə o, əvvəlki siyasətimizdən çox da fərqlənməməlidir, lakin biz onun mövqeyini öyrənənə qədər gözləməliyik", - Əraqçi qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol