Əraqçi: İran və ABŞ Vyanada danışıqlara başlayır
İran və ABŞ-nin texniki heyətləri martın 2-də Vyanada görüşəcək. Danışıqların növbəti mərhələsi isə bir həftədən az müddətdə keçiriləcək.
"Stabil.az"ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ ilə vasitəli danışıqların son mərhələsindən sonra jurnalistlərə bildirib.
Nazir bildirib ki, texniki qrupların bazar ertəsi günü Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin qərargahında həmin təşkilatın mütəxəssislərinin iştirakı ilə texniki məsləhətləşmələrə başlaması qərara alınıb.
Onun sözlərinə görə, tərəflər texniki aspektləri siyasi tələblərlə uyğunlaşdırmaq niyyətindədirlər. "Həmçinin qərara alınıb ki, danışıqların növbəti mərhələsi çox tezliklə, bəlkə də bir həftədən az müddətdə baş tutsun", - Əraqçi qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





