Ər-Riyaddakı diplomatik məhəlləyə yönələn PUA zərərsizləşdirilib
18 Mart 2026 12:57   Paylaş

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt Ər-Riyaddakı diplomatik məhəlləyə yönələn pilotsuz uçuş aparatının ələ keçirildiyini bildirib.

"Stabil.az" xəbər verir ki, müvafiq bəyanat nazirliyin sosial şəbəkə hesablarında dərc olunub.

"Düşmənin pilotsuz uçuş aparatı bu gün diplomatik məhəlləyə yaxınlaşmağa cəhd edərkən vurulub", - məlumatda deyilir.

Qurumdan əlavə ediblər ki, daha sonra ölkənin şərq bölgəsində daha bir pilotsuz uçuş aparatı vurulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol