Endryu Qravilyonun transferi Neftçi tərəfindən təsdiqlənib
24 İyun 2026 17:48   Paylaş

"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü transferini rəsmiləşdirib.

"Stabil.az" paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol