Əmtəə bazarlarında qızılın qiyməti 4100 dollardan aşağı enib
9 İyul 2026 11:35   Paylaş

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin dəyəri azalaraq 4100 ABŞ dollarından aşağı düşüb.

"Stabil.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,49% azalaraq 4070,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 0,56% azalaraq 58,22 ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol