Əmtəə bazarlarında qızıl və gümüşün qiymətləri ucuzlaşıb
17 Yanvar 2026 12:21   Paylaş

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

“Stabil.az” birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin fevral fyuçersləri 0,61% ucuzlaşaraq 4 595,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçersləri də 4,13% azalma ilə 88,537 ABŞ dolları səviyyəsində qeyd edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol