Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti aşağı düşüb
31 Yanvar 2026 10:47   Paylaş

Əmtəə bazarlarında qiymətli metallar üzrə ucuzlaşma müşahidə olunub.

“Stabil.az" birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan fyuçers müqavilələrinin qiyməti 11,39 faiz azalaraq 4 745,10 ABŞ dolları səviyyəsinə enib.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 31,37 faiz geriləyərək 78,53 ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol