Əmtəə bazarında qızıl və gümüşün qiyməti azalıb
12 Fevral 2026 10:47   Paylaş

Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti cüzi şəkildə ucuzlaşıb.

“Stabil.az” birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,05% azalaraq 5 095,81 ABŞ dollarına bərabər olub.

Eyni birjada gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,18% azalıb və 83,77 ABŞ dolları təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol