Emin Əmrullayev: Dərs zamanı mobil telefonlardan istifadə qadağan olunmalıdır
30 İyun 2026 12:25   Paylaş

Tədris prosesinin səmərəliliyinin təmin olunması üçün şagirdlərin diqqəti dərsə yönəlməlidir. Buna görə də dərs saatlarında mobil telefonlardan istifadəyə icazə verilməməlidir. Mobil cihazlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəblərin daxili qaydalarına uyğun həyata keçirilməlidir.

"Stabil.az" AZƏRTAC-a stinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə söyləyib.

Nazir qeyd edib ki, bu yanaşma şagirdlərin diqqətinin yayınmasının qarşısını almağa, tədrisin keyfiyyətinin yüksəldilməsinə və sinifdə nizam-intizamın daha səmərəli təmin edilməsinə xidmət edir. Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol