Elmir Çərkəzov dünya çempionatına qələbə ilə başlayıb
28 İyul 2026 15:11   Paylaş

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında qazaxıstanlı rəqibini məğlub edib.

"Stabil.az"ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol