Əli Xameneinin vida mərasimində 30-dan çox ölkənin nümayəndə heyəti qatılacaq
30-dan çox ölkə İranın sabiq ali rəhbəri Əli Xameneinin xatirəsinin yad ediləcəyi matəm tədbirlərində rəsmi səviyyədə təmsil olunmağa hazır olduğunu açıqlayıb.
"Stabil.az"ın İran mediasına istinadən verdiyi məlumata görə, bunu Əli Xameneinin vida və dəfn mərasiminin təşkili üzrə Milli Qərargahın katibi Əli Əkbər Purcəmşidian deyib.
"30-dan çox ölkə ehtiramını bildirmək üçün mərasimdə iştirak etməyə hazır olduğunu bildirib və müraciət edib. 90-dan çox ölkənin dini liderləri mərasimdə iştirak etməyə hazır olduqlarını bildiriblər", - o qeyd edib.
Xatırladaq ki, İranın sabiq ali rəhbəri Əli Xameneinin vida mərasimi iyulun 4-də başlayacaq, dəfn isə iyulun 9-da olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





