Əli Əsədov: İqlim dəyişikliyi Xəzərin dayazlaşmasına ciddi təsir göstərir
22 Aprel 2026 12:13   22 Apr 2026 12:24 Paylaş

Regionumuzun üzləşdiyi ən kəskin çağırışlardan biri Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsidir.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Qazaxıstanın Astana şəhərində təşkil olunan Regional Ekoloji Sammitdə çıxışı zamanı deyib.

“Azərbaycanın təşəbbüsü ilə Xəzərin səviyyəsinin azalma səbəblərini öyrənmək və müvafiq cavab tədbirləri hazırlamaq məqsədilə Qazaxıstan, Rusiya və Türkmənistanla ikitərəfli işçi qrupları yaradılıb. İqlim dəyişikliyi də Xəzərin dayazlaşmasına ciddi təsir göstərir. Azərbaycanda iqlim dəyişikliklərinin Xəzər dənizinin ətraf mühitinə mənfi təsirini minimuma endirmək üçün ardıcıl tədbirlər görülür”, - deyə Baş nazir bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol