Əli Əsədov Həştərxan vilayətinin hökumət sədri ilə görüş keçirib
25 İyun 2026 12:24   25 Jun 2026 12:34 Paylaş

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 25-də Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumət sədri Denis Afanasyevlə görüşüb.

"Stabil.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib.

Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.

Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi xüsusi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol