Ekvadorda artan cinayətkarlığa qarşı fövqəladə vəziyyət elan edilib
17 İyun 2026 16:59   Paylaş

Ekvador Prezidenti Daniel Noboa artan cinayətkarlıq fonunda ölkənin 10 əyalətində və üç bələdiyyəsində 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edib.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, rejim mənzillərdə axtarış aparılmasından və yazışmaların yoxlanılmasından müdafiə də daxil olmaqla, bir sıra konstitusiya təminatlarının fəaliyyətinin dayandırılmasını nəzərdə tutur.

Təhlükəsizlik qüvvələri binalarda mütəşəkkil silahlı qruplaşmaların və ya cinayətkar təşkilatların üzvlərinin olması barədə məlumat olduqda dərhal axtarış aparmaq hüququ qazanırlar.

Bundan başqa, hüquq-mühafizə orqanlarına təhdidlərin qarşısının alınması və neytrallaşdırılması üçün zəruri olan məlumatları toplamaq və təhlil etmək icazəsi verilib. Hakimiyyət orqanları həmçinin təhlükəsizliyin təmin edilməsi üçün lazım olsa, qanunsuz mal və xidmətləri müvəqqəti müsadirə edə bilərlər.

Sənəddə qeyd olunub ki, son vaxtlar Ekvadorda mütəşəkkil cinayətkar qrupların fəaliyyəti ilə bağlı silahlı hücumların və digər cinayətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hakimiyyət orqanlarının məlumatına görə, qətllər, hədə-qorxu ilə tələb etmələr, adam oğurluğu, qarətlər və qanunsuz narkotik dövriyyəsi ictimai vəziyyəti pozmaqda və ölkənin iqtisadi fəallığına mənfi təsir göstərməkdə davam edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol