Ekvador hakimiyyəti Kuba səfirini və diplomatlarını ölkədən göndərir
Ekvadorun Xarici İşlər Nazirliyi Kuba səfiri Basilio Qutyerrez və diplomatik heyətini arzuolunmaz şəxs elan edib və ölkəni tərk etmələri üçün 48 saat müddət müəyyənləşdirib.
"Stabil.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Kuba Xarici İşlər Nazirliyi də öz növbəsində qərarı "özbaşına və əsassız" və ölkələr arasındakı tarixi əlaqələri sarsıdan "qeyri-dost və misli görünməmiş hərəkət" adlandırıb.
Havana hesab edir ki, qovulma 7 və 8 mart tarixlərində Mayamidə 12 Latın Amerikası ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan sammitdən əvvəl "ABŞ-ın təzyiqi" ilə əlaqələndirilə bilər.
"Reuters" mənbələrinin məlumatına görə, Ekvador polisi və hərbi qulluqçuları Kitodakı Kuba səfirliyinin yaxınlığındakı ərazidə patrul xidməti aparırlar. Ekvador səfirin ölkədən çıxarılması ilə bağlı qərarın Kuba ilə diplomatik münasibətlərin kəsilməsinin olub-olmadığını dəqiqləşdirməyib. Qərarın rəsmi səbəbləri açıqlanmayıb, hakimiyyət orqanları yalnız Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə istinad ediblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





