Ekstremal istilər Macarıstanda 91 illik rekordu qırıb
30 İyun 2026 15:38   Paylaş

İyunun son günlərində Macarıstanda hökm sürən anomal isti hava şəraiti ölkədə 91 illik temperatur rekordunun yenilənməsinə səbəb olub.

"Stabil.az" xəbər verir ki, ölkənin meteorologiya xidməti olan HungaroMetin məlumatına görə, Budakalaş şəhərində havanın temperaturu 40,7 dərəcəyə çataraq 1935-ci ildə qeydə alınmış 39,9 dərəcəlik əvvəlki gündəlik milli rekordu geridə qoyub. Eyni zamanda, Budapeşt üzrə də maksimum temperatur rekordu yenilənib.

Mütəxəssislər bildirirlər ki, rekord yalnız gündüz temperaturu ilə məhdudlaşmayıb. Paytaxtda gecə minimum temperaturu da rekord həddə – 26,1 dərəcəyə enərək həm Budapeşt, həm də ölkə üzrə yeni göstərici müəyyən edib.

Sinoptiklərin proqnozuna əsasən, həftənin ortalarından etibarən Macarıstana soyuq atmosfer cəbhəsi daxil olacaq. Bunun nəticəsində temperaturun təxminən 10 dərəcə enməsi və bəzi bölgələrdə güclü ildırım, leysan və dolu ilə müşayiət olunan fırtınaların baş verməsi gözlənilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol