Əfqanıstanda qar uçqunu: 1 ölü, 10 yaralı – xilasetmə əməliyyatları davam edir
Əfqanıstanın şimalındakı Bağlan əyalətində cümə axşamı baş verən qar uçqunu nəticəsində bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
"Stabil.az" xəbər verir ki, məlumatı Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi yayıb. Bildirilib ki, son bir neçə gündə Bağlan əyalətinin Salang aşırımında güclü qar yağıb və çərşənbə ilə cümə axşamı günləri əlverişsiz hava şəraiti səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Xilasetmə qrupları qar fırtınasında köməksiz qalan təxminən 60 nəfəri xilas edərək onları yaxınlıqdakı hotellərə yerləşdiriblər.
Qurumun məlumatına görə, ölkə ərazisində davam edən qar və şaxtalı hava şəraiti nəticəsində ümumilikdə 11 nəfərin həlak olduğu təsdiqlənib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





