Əfqanıstanda daşqın və torpaq sürüşmələri nəticəsində 351 nəfər həyatını itirib
Əfqanıstanda son 4 ayda təbii fəlakətlər nəticəsində 351 nəfər həyatını itirib, 436 nəfər xəsarət alıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb. Bildirilib ki, təbii fəlakətlər nəticəsində 2321 ev dağılıb, 8036 evə ziyan dəyib, 24 min 35 ailə zərər çəkib.
Həmçinin 644 kilometr kənd yolu yararsız vəziyyətə düşüb, 35 min 973 akr əkin sahəsi su altında qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





