Əfqanıstanda daşqın 17 nəfərin ölümünə səbəb olub
30 Mart 2026 10:45   Paylaş

Əfqanıstanda baş verən daşqın nəticəsində 17 nəfər həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə “The Associated Press” agentliyi ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinə istinadən məlumat yayıb. Daşqın və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər ölüb, 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Bildirilib ki, təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə təsir göstərib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol