Efiopiyanın Baş naziri Zəfər parkını ziyarət edib
27 Fevral 2026 09:59   27 Feb 2026 10:18 Paylaş

Efiopiya Baş naziri Abiy Əhməd Əlinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Efiopiyanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol