Efiopiyanın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
27 Fevral 2026 09:31   27 Feb 2026 09:34 Paylaş

Fevralın 27-də Azərbaycanda səfərdə olan Efiopiya Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini hörmətlə yad edib və əklil qoyub.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol