“EFES-2026” təlimi davam edir, general-leytenant Azər Əliyev əraziyə baxış keçirib
14 May 2026 18:36   Paylaş

Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli təlimi çərçivəsində general-leytenant Azər Əliyev təlim zonasında yaradılmış şəraitlə tanış olub.

"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri general-leytenant Azər Əliyev təlimin keçirildiyi ərazi ilə tanış olub, təlim yerlərində yaradılan şərait və yerinə yetirilən fəaliyyətlərlə maraqlanıb.

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin bölmələri arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol