"EFES - 2026" çoxmillətli təlimlərinin hazırlıq mərhələsi uğurla davam edir
Azərbaycan hərbi qulluqçularının fəal iştirakı ilə Türkiyədə təşkil olunan "EFES - 2026" beynəlxalq təliminin hazırlıq məşqləri hazırda planauyğun şəkildə həyata keçirilməkdədir.
"Stabil.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.
"İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir", - məlumatda vurğulanıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





