Ədliyyə və Daxili İşlər Nazirliyi Bərdədə silah aşkarlayıb
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində Bərdədə gizlədilmiş silah-sursat aşkar edilib.
“Stabil.az” xəbər verir ki, məlumatı Ədliyyə Nazirliyi yayıb.
Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumu ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı məhkum tərəfindən həbs olunmazdan əvvəl Bərdə rayonunun Yeni Həyət kəndindən Çəmənli kəndi istiqamətinə gedən yol üzərindəki körpünün yanında torpağa basdırılmış 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd daraq və 30 ədəd güllə tapılaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





