DYP hava şəraitinə görə sürücülərə xəbərdarlıq edib
24 Mart 2026 11:12   Paylaş

Baş Dövlət Yol Polisi İdarəsi bayramla əlaqədar səfərə çıxan sürücülərə duman və çiskin zamanı sürəti minimuma endirməyi məsləhət görüb.

"Stabil.az" xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

"Dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Səfərə çıxan sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edirik", - deyə məlumatda qeyd edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol