Dünyanın diqqətində olan “Cənubi Pars” qaz yatağı niyə önəmlidir?
21 Mart 2026 13:28   Paylaş

İsrail gecə ərzində dünyanın ən böyük təbii qaz yatağı olan “Cənubi Pars”a zərbələr endirib. Ekspertlər bunu ABŞ-İsrail ilə İran arasındakı müharibədə ciddi eskalasiya kimi qiymətləndirilir.

"Stabil.az"ın məlumatına görə, Oman kimi Körfəz ölkələri hücumu “təhlükəli eskalasiya” adlandıraraq pisləyib, Birləşmiş Ərəb Əmirlikləri isə bunun qlobal enerji təhlükəsizliyinə təhdid yaratdığını bildirib.

“Wall Street Journal” ABŞ rəsmilərinə istinadən hətta ölkə Prezidenti Donald Trampın da İranın enerji infrastrukturuna qarşı əlavə zərbələrin əleyhinə olduğu bildirilir.
Bununla belə, İran artıq “Cənubi Pars”a zərbələrə cavab verməyə başlayıb və Fars körfəzi boyunca mühüm enerji obyektlərinə zərbələr endirib.

Bəs “Cənubi Pars” qaz yatağı nədir və onun hədəfə alınması niyə bu qədər ölkəni narahat edir?

“Cənubi Pars” İran və Qətərin paylaşdığı 9,700 kvadrat kilometrlik qaz yatağının bir hissəsidir. İranın “Cənubi Pars” hissəsi bunun təxminən üçdə birini təşkil edir.

News about -   Dünyanın diqqətində olan “Cənubi Pars” qaz yatağı niyə önəmlidir?

Həmin qaz yatağının obyektlərinə hücum və İranın cavab zərbələrindən sonra neft və qaz qiymətlərində dərhal artım bu yatağın nə qədər vacib olduğunu göstərir.

Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, İran dünyada təbii qazın dördüncü ən böyük istehlakçısıdır. “Cənubi Pars” İranın enerji təminatının əsasını təşkil edir. IEA-ya görə ölkədə elektrik enerjisinin təxminən 80 faizi qazdan istehsal olunur və bu qazın böyük hissəsi məhz sözügedən qaz yatağından gəlir.

“Cənubi Pars”dan qaz hasil etmək qabiliyyətinə hər hansı təsir İranın enerji təminatını zəiflədə bilər, lakin İsrailin hücumunun daha geniş nəticələri artıq hiss olunmağa başlayıb.

İran hasil etdiyi qazın böyük hissəsini özü istifadə etsə də, bu yataq İraq kimi ölkələr üçün də həyati əhəmiyyət daşıyır. “Reuters” agentliyinin məlumatına görə, İraq qaz və elektrik ehtiyacının 40 faizə qədərini İran qazının idxalı hesabına qarşılayır.

İraqlı rəsmilərin bildirdiyinə görə, qaz yatağına zərbə endirildikdən sonra İran qazı daxili ehtiyaclara yönəltdiyi üçün bu tədarük qəfil dayanıb. İndi isə Fars körfəzi ətrafındakı digər ölkələrin enerji infrastrukturu da İranın hədəfindədir.

İranın dövlət mediasına görə, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft obyektləri cavab zərbələri üçün “birbaşa və legitim hədəflər” hesab olunur. Qətər artıq İranın hücumları nəticəsində “Ras Laffan” enerji mərkəzinə əhəmiyyətli zərər dəydiyini bildirib.

Səudiyyə Ərəbistanı paytaxtı Riyad istiqamətində atılan raketləri və qaz obyektinə yönəlmiş pilotsuz uçuş aparatları ilə hücumunu zərərsizləşdirdiyini desə də, yayılan görüntülər bəzi hücumların hədəfə çatdığını göstərir.

News about -   Dünyanın diqqətində olan “Cənubi Pars” qaz yatağı niyə önəmlidir?

Hazırda İranın hücum etməsi təhlükəsi səbəbindən Hörmüz boğazı bağlandığı halda, bəzi ölkələr neft və qaz axınını davam etdirmək üçün alternativ marşrutlar axtarır.

Lakin dünya xam neft ehtiyatlarının təxminən yarısını və təbii qaz ehtiyatlarının 40 faizini saxlayan Körfəz ölkələrinin coğrafiyası alternativləri çətinləşdirir.
Enerji və geopolitika üzrə analitik Neil Quilliam bildirib ki, dəniz daşımalarına alternativlər daha bahalıdır və miqyas baxımından məhduddur:

“Düzünü desəm, bunu etmək çox çətin olacaq, çünki bu, çox məhdud bir məkandır,” - deyə o qeyd edib.

Quilliam əlavə edib ki, Səudiyyə Ərəbistanı nefti şərq sahilindən ölkənin qərbinə boru kəmərləri ilə daşıyaraq Qırmızı dəniz vasitəsilə ixrac etməyə məcbur qalır.
“Onu boru kəməri ilə ölkə boyu daşımaq və sonra Yanbu limanından ixrac etmək daha baha başa gəlir. Bunlar müvəqqəti tədbirlərdir,” - deyə o vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol