Dünya fond bazarlarında müsbət dinamika müşahidə olunur
Amerika fond bazarlarında əsas indekslər artım nümayiş etdirib. Dow Jones indeksi 2,47 faiz yüksələrək 50 115,67 bəndə, S&P 500 indeksi 1,97 faiz artaraq 6 932,3 bəndə, Nasdaq indeksi isə 2,18 faiz yüksələrək 23 031,21 bəndə çatıb.
“Stabil.az"ın ticarət məlumatlarına görə, Avropa fond bazarlarında da müsbət dinamika qeydə alınıb. Böyük Britaniyanın FTSE 100 indeksi 0,59 faiz artaraq 10 369,75 bəndə, Almaniyanın DAX indeksi 0,94 faiz yüksələrək 24 721,46 bəndə, Fransanın CAC 40 indeksi isə 0,43 faiz artaraq 8 273,84 bəndə qalxıb.
Eyni zamanda dünya valyuta bazarlarında avronun ABŞ dollarına qarşı məzənnəsi 0,32 faiz artaraq 1,1815 dollar təşkil edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





