Dünya çempionatında 1/4 finala Fransa - Mərakeş matçı ilə start verilir
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsi bu gün Fransa – Mərakeş oyunu ilə başlayacaq.
"Stabil.az"ın məlumatına görə, bu raundun ilk oyununda Fransa və Mərakeş milliləri üz-üzə gələcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
DÇ-2026
1/4 final
10 iyul
00:00. Fransa - Mərakeş
Baş hakim: Fakundo Telyo (Argentina).
Boston stadionu
Xatırladaq ki, 1/4 finalın digər oyunlarında Argentina - İsveçrə, İngiltərə - Norveç, İspaniya - Belçika görüşləri baş tutacaq. DÇ-2026 iyulun 19-da başa çatacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





