Dünya çempionatı: Fransa Norveç millisinə qalib gəlib
ABŞ-də keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti oyunu baş tutub.
"Stabil.az" xəbər verir ki, Boston şəhərində yerləşən stadionda keçirilən I qrupunun III tur görüşündə Fransa millisi Norveç seçməsini 4:1 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Usman Dembele 7-ci, 20-ci və 32-ci dəqiqələrdə het-trik edib. Fransa millisinin dördüncü qolunu isə Dezire Due oyuna əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində vurub. Norveçin yeganə qoluna Tele Osqor 21-ci dəqiqədə imza atıb.
Qeyd edək ki, qrupu ikinci pillədə başa vuran Norveç pley-off mərhələsində Kot-d'İvuar millisi ilə qarşılaşacaq. Qrup qalibi Fransa yığmasının növbəti mərhələdəki rəqibi isə hələ müəyyənləşməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




