Dünya çempionatı:  Braziliya 1/8 finala çıxıb
29 İyun 2026 23:56   30 Jun 2026 00:51 Paylaş

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin ikinci oyunu keçirilib.

"Stabil.az" xəbər verir ki, mundialın favoritlərindən hesab olunan Braziliya millisi Yaponiya yığmasını sınağa çəkib. Hyuston şəhərindəki NRG stadionunda oynanılan qarşılaşma Cənubi Amerika təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Braziliya millisinin qollarını Kazemiro və Qabriel Martinelli vurub. Asiya komandasının qoluna isə Kaysü Sano imza atıb.

Braziliya növbəti raundda Kot d`İvuar – Norveç duelinin güclüsü ilə qarşılaşacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol