Dünya bazarında “Azeri Light” neftinin qiyməti yüksəlib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,93 ABŞ dolları və ya 1,33% artaraq 70,7 ABŞ dolları təşkil edib.
“Stabil.az” xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 71,4 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 0,92 ABŞ dolları və ya 1,37% artaraq 68,19 ABŞ dolları səviyyəsinə çatıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları nəzərə alınıb.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Bu neft Azərbaycan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilir. Müqavilə çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





